• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Zəfər yolu" bu kateqoriyada birinci oldu 

İQTİSADİYYAT

19 Avqust 2026 | 21:35 | Müəllif: Gülşən Şərif

"Zəfər yolu" bu kateqoriyada birinci oldu

Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən "İnnovativ İnşaat Metodologiyası" kateqoriyasında qalib seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, 1c texniki dərəcəli, 4–6 hərəkət zolaqlı yolun tərkibində 7 tunel, 9 viaduk, 11 körpü, 76 yeraltı və ehtiyat keçid yer alır.

Tunellərin ümumi uzunluğu 6,3 km-dən çox, ən uzun tunel isə 3,34 km-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026