Təbrizdə yaşayan güneyli milli fəal Milad Balsini saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə HRANA məlumat verib.
Məlumata görə, Balsini daha əvvəl aldığı çağırış əsasında Təbriz İnqilab Prokurorluğunun 15-ci bölməsinə getdikdən sonra tutulub.
Milli fəalın “dövlət quruluşuna qarşı təbliğat” və “milli təhlükəsizliyə zidd olaraq xarici və düşmən media və sosial media kanallarına görüntü və məlumat göndərmək”də ittiham olunduğu bildirilir.
Balsinin hazırda harada saxlanıldığı barədə məlumat yoxdur.
Bakı 



