Pentaqon təxminən 25 000 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir.
Bakıvaxtı.az "NBC News"a istinadən xəbər verir ki, bu, Avropadakı bütün ABŞ qüvvələrinin təxminən üçdə birini təşkil edə bilər.
Məlumata görə, bu geri çəkilmə Avropadakı ABŞ kontingentinin yarısına, yəni 80 000 əsgərdən 40 000-ə qədərinə çata bilər. Əsas ixtisarlar ABŞ əsgərinin yerləşdiyi Almaniya, İtaliya və İspaniyaya təsir göstərə bilər.
ABŞ-nin Avropadakı qüvvələrinin komandanı general Aleksus Qrinkeviç bu həftə Pentaqon rəhbəri Pit Heqsetə ixtisarların mümkün ssenarilərini təqdim edəcək və yekun tövsiyələr noyabrın 6-da təqdim olunacaq. Daha sonra plan təsdiq üçün ABŞ prezidenti Donald Trampa təqdim olunacaq.
Gülşən Şərif
















