• Bakı 26° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Avrokuboklarda Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

İDMAN

19 Avqust 2026 | 18:03

Avrokuboklarda Azərbaycan həndbolunu Kür təmsil edəcək

Azərbaycanı həndbol üzrə avrokubokların 2026/2027 mövsümündə iki komanda təmsil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.

Beynəlxalq dərəcəli hakim qitəmiqyaslı yarışlarda "Kür"ün qadınlardan və kişilərdən ibarət komandalarının mübarizə aparacağını deyib.

O, hazırda Azərbaycanda yalnız "Kür" klubunun fəaliyyət göstərdiyini, komandaların öz zallarında məşq etdiklərini, idmançıların maaş aldıqlarını deyib.

Qeyd edək ki, həndbol üzrə ölkə çempionatının 2025/2026 mövsümü yarımçıq dayandırılıb. Həmçinin Azərbaycan Kubokunun yarımfinal və final mərhələləri keçirilməyib. Avrokubok matçlarına sentyabrda start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR