• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Telefon hansı məqamda TƏHLÜKƏYƏ ÇEVRİLİR?

CƏMİYYƏT

19 Avqust 2026 | 15:27

Telefon hansı məqamda TƏHLÜKƏYƏ ÇEVRİLİR?

“Bütün insanlar üçün gündə iki və ya üç saat kimi konkret rəqəm deməzdim, çünki hər insanın yaşı, işi, təhsili və sosial mediadan istifadə ehtiyacı fərqlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayımda deyib.

Həkim sosial mediadan istifadə üçün hər kəsə uyğun konkret saat limiti müəyyənləşdirməyin düzgün olmadığını bildirib:

“Məncə, daha vacib sual budur: sosial media sizin həyatınızın hansı hissəsini əvəz edir? Əgər insan sosial mediadan istifadə edir, amma normal yatır, işləyir, oxuyur, idman edir, ailəsi və dostları ilə ünsiyyətdə olur, bu, normal haldır".

Leyla Bəşirovaya görə, lakin telefon yuxudan, işdən, dərsdən, real münasibətlərdən və fiziki aktivlikdən vaxt almağa başlayırsa, artıq istifadəni azaltmaq lazımdır:

"Ona görə burada iki saat, üç saat və ya beş saat kimi konkret hədd qoymaq mümkün deyil”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR