• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini saxlanıldı

DÜNYA

19 Avqust 2026 | 22:34 | Müəllif: Gülşən Şərif

Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini saxlanıldı

Avqustun 19-da Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini İrina Mudraya saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat yayıb.

Bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Mudrayanı Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən azad edib. Rəsmi sərəncamda qərarın səbəbi açıqlanmayıb.

Qonçarenkonun sözlərinə görə, Mudraya hazırda NABU-da istintaq hərəkətlərində iştirak edir və gecəni təcridxanada keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026