• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya Jitomirə zərbə endirdi: 2 ölü, 20-dən çox yaralı

DÜNYA

19 Avqust 2026 | 20:07 | Müəllif: Gülşən Şərif

Rusiya Jitomirə zərbə endirdi: 2 ölü, 20-dən çox yaralı

Rusiya ordusu Jitomir şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, hücum zamanı Milli Polisin Jitomir vilayəti üzrə Baş İdarəsinin binası vurulub.

Hadisə nəticəsində 2 hüquq-mühafizə əməkdaşı həlak olub. Jitomir Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçkonun sözlərinə görə, Rusiya ordusu şəhərə reaktiv dronlarla hücum edib.

Milli Polisin rəhbər əvəzi Maksim Tsutskiridze isə zərbə nəticəsində ən azı 20 nəfərin yaralandığını bildirib:

“Bu zərbə iki polisin həyatına son qoydu. Ən azı 20 nəfər xəsarət alıb. İşğalçılar hücum zamanı “Banderol” tipli pilotsuz uçuş aparatlarından istifadə ediblər”.

Qeyd edək ki, zərbə nəticəsində polisin inzibati binasının dam örtüyü və dördüncü mərtəbəsində yanğın baş verib. Hadisə yerində Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin xilasediciləri, təcili tibbi yardım briqadaları və bütün aidiyyəti xüsusi xidmət orqanları çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026