• Bakı 26° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

“Real Madrid” Bernardo Silvanı transfer etdi

İDMAN

19 Avqust 2026 | 20:37

“Real Madrid” Bernardo Silvanı transfer etdi

İspaniyanın “Real Madrid” klubu yeni transferi Bernardo Silva üçün rəsmi təqdimat mərasimi keçirib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir klubun “Ciudad Real Madrid” təlim-məşq bazasının konfrans zalında təşkil olunub.

Mərasimdə Madrid təmsilçisinin prezidenti Florentino Peres portuqaliyalı yarımmüdafiəçini salamlayaraq ona komandada uğurlar arzulayıb. Bernardo Silva İspaniya klubu ilə 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulan 2 illik müqaviləyə imza atıb. İmza mərasimindən sonra futbolçuya xüsusi hədiyyələr – stadionun maketi, qol saatı və 20 nömrəli forma təqdim olunub.

Qeyd edək ki, 32 yaşlı ulduz yarımmüdafiəçi bu yay “Mançester Siti”dən ayrılaraq “Kral klubu”na keçib. O, yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR