2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 949 milyon 137,65 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz və ya 59 milyon 884,47 min dollar azalma deməkdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövrü ərzində Azərbaycan Türkiyədən 1 milyard 330 milyon 880,22 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 3,2 faiz və ya 44 milyon 113,32 min dollar azdır.
Bakı 



