• Bakı 26° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Sudanda 300-dən çox üsyançı ordu tərəfinə keçib

DÜNYA

19 Avqust 2026 | 23:38

Sudanda 300-dən çox üsyançı ordu tərəfinə keçib

Sudanda Çevik Dəstək Qüvvələrinin (ÇDQ) 318 döyüşçüsü ölkə ordusunun tərəfinə keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Africanews” məlumat yayıb.

Məlumata görə, qrupa general-mayor Musa Əli Əhməd rəhbərlik edir. Döyüşçülər silah və digər hərbi texnika ilə təchiz olunmuş təxminən 50 hərbi maşınla Şimal əyalətindəki Əd-Dabba şəhərinə gəliblər.

Əli Əhməd ÇDQ-dan ayrılmaq qərarını bölmədə institusional idarəetmənin olmaması ilə əsaslandırıb. O, dəstəsinin Sudanın birliyi və sabitliyi uğrunda ordu sıralarında döyüşməyə hazır olduğunu bildirib.

ÇDQ bu keçidlə bağlı məlumatı şərh etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026