• Bakı 27° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Naxçıvanda yol qəzası: yaralılar var

HADİSƏ

19 Avqust 2026 | 19:11

Naxçıvanda yol qəzası: yaralılar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Şəkərabad kəndi yolunda "Chevrolet" markalı avtomobil dönmə manevri edərkən iki motosikletlə toqquşub.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR