• Bakı 26° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Qırğızıstan 19 şirkəti ləğv edir

DÜNYA

19 Avqust 2026 | 20:03

Qırğızıstan 19 şirkəti ləğv edir

Qırğızıstan hakimiyyəti beynəlxalq sanksiyalardan yayınma riski daşıyan 19 şirkətin məcburi ləğvi prosesinə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, "İnterfaks" bu barədə respublikanın İqtisadiyyat və Ticarət Nazirliyinə istinadən xəbər yayıb.

Qeyd edilir ki, iyunun sonlarından riski daşıyan təxminən 40 şirkət müəyyən edilib. Beynəlxalq sanksiya rejimlərinin pozulması səbəbindən Qırğızıstan üçün yarana biləcək potensial nəticələrin qarşısını almaq məqsədilə aparılan yoxlamalar nəticəsində 19 hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olunub.

Məcburi ləğvetmə proseduruna başlamaq üçün ədliyyə orqanlarına müraciət təqdim olunacağı açıqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR