• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

"Telefon real həyatınızı əlinizdən almasın!"  - Həkimdən CİDDİ ÇAĞIRIŞ

CƏMİYYƏT

19 Avqust 2026 | 15:29

Telefon real həyatınızı əlinizdən almasın!  - Həkimdən CİDDİ ÇAĞIRIŞ

“Günün sonunda "bütün gün telefon əlimdə idi, amma nə etdiyimi bilmirəm" deyiriksə, deməli sosial media həyatımızın özü olub”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsindəki canlı yayım zamanı deyib.

Həkim sosial şəbəkələrin real həyatı tamamilə əvəz etməməli olduğunu vurğulayıb:     

“İnsan sosial mediadan istifadə etməli, informasiya almalı, ünsiyyət qurmalıdır. Amma bununla yanaşı, real həyatdan da uzaqlaşmamalıdır. Ailə ilə söhbətə, dostlarla görüşə, idmana, işə, təhsilə, istirahətə, təbiətdə və parklarda gəzməyə vaxt qalmalıdır. Sosial media bizim real həyatımızı əlimizdən almamalıdır. Əgər günün sonunda ‘bütün gün telefon əlimdə idi, amma nə etdiyimi bilmirəm’ deyiriksə, özümüzə sual verməliyik: bu, düzgün həyat tərzidirmi?”.   

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR