• Bakı 26° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

İsrail HƏMAS-ın dörd komandirinin öldürüldüyünü açıqlayıb

DÜNYA

19 Avqust 2026 | 21:39

İsrail HƏMAS-ın dörd komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri avqustun 18-də Qəzza zolağının şimalındakı Əş-Şati qaçqın düşərgəsi yaxınlığında baş verən hücumda HƏMAS təşkilatının hərbi qanadı olan Beyt Lahiya batalyonunun Nuhba xüsusi təyinatlı bölməsinin dörd komandirini öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

"Əş-Şati bölgəsində baş verən hücum nəticəsində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Nuhba qrupunun bir bölük komandirini və üç tağım komandirini öldürüb", - deyə açıqlamada bildirilir.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, zərbə nəticəsində Nuhba bölüyünün komandiri Məhəmməd Həmdi Əhməd əl-Məsri, eləcə də 2023-cü il 7 oktyabr qırğını zamanı İsrail ərazisinə soxulan Nuhba tağım komandirləri Məhəmməd Attar, Məhəmməd Fəthi Hüseyn Nasir və Səməd Samir Hərb Əbu Həbəl öldürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR