• Bakı 26° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

İndoneziyada yenə zəlzələ olub

DÜNYA

19 Avqust 2026 | 22:59

İndoneziyada yenə zəlzələ olub

İndoneziyanın Flores adası sahillərində 5,5 maqnitudada zəlzələ baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) açıqlamasında bildirilib.

Zəlzələ 34 mindən çox əhalisi olan Rutenq şəhərindən 65 kilometr şimalda qeydə alınıb.

Zəlzələ ocağı 160 kilometr dərinlikdə yerləşib. Xəsarət və ya dağıntı barədə məlumat verilmir.

Mərkəzin məlumatına görə, gün ərzində ölkədə azı 14 yeraltı təkan baş verib, maksimum maqnituda 4,3 təşkil edib.

Xatırladaq ki, 15 avqustda İndoneziyada 7,7 maqnitudada zəlzələ baş verib, nəticədə 71 nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026