• Bakı 26° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna yeni bina təklif olunub

SİYASƏT

19 Avqust 2026 | 23:26

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna yeni bina təklif olunub

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna Rumıniyanın keçmiş baş konsulluğunun binasında yerləşmək təklif edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Sankt-Peterburqda xarici nümayəndəliklərə xidmət göstərən "İnpredservis" müəssisəsinin baş direktoru Vladimir Zapevalov bildirib.

Rumıniya nümayəndəliyi Qoroxovaya küçəsi, ev 4 ünvanında yerləşirdi.

"Biz artıq onlara Rumıniyanın keçmiş konsulluğunun binasını təklif etmişik, dünən rəsmi məktubu imzaladım", - deyə Zapevalov bildirib.

Müsbət cavab veriləcəyi təqdirdə, sahələr təmir olunacaq və Azərbaycan tərəfinə təhvil veriləcək.

Daha əvvəl Azərbaycan Sankt-Peterburqda yeni yerləşmə yeri üçün müraciət etmişdi. Müraciət əsasında diplomatik korpusa Bolqarıstanın Sapyornı döngəsindəki keçmiş baş konsulluğunun binası təklif olunsa da, sahəsinə görə münasib hesab edilməmişdi. Hazırda Azərbaycanın baş konsulluğu 2-ci Sovetskaya küçəsində fəaliyyət göstərir.

Qeyd edək ki, iyunun 25-də Rusiya Rumıniyanın Sankt-Peterburqdakı baş konsulunu arzuolunmaz şəxs elan edərək, respublikaya baş konsulluğun fəaliyyətini dayandırmaq üçün 30 gün vaxt vermişdi. Bu, Rumıniya XİN-in Rusiyanın Konstantsadakı baş konsulluğuna qarşı analoji qərarına cavab addımı idi. Rumıniyalı diplomatlar iyulun 24-də Qoroxovayadakı binanı tərk ediblər.

İyulun sonunda Rumıniya, həmçinin Moskvadakı səfirini geri çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026