• Bakı 29° C

    11.08 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

“Dünyamı məhv etdiniz” - “By Ella” NƏLƏR DANIŞDI - EKSKLÜZİV

HADİSƏ

20 Avqust 2026 | 09:44

“Dünyamı məhv etdiniz” - “By Ella” NƏLƏR DANIŞDI - EKSKLÜZİV

Dünən saxlanılan bloger Lalə Məmmədova (“By Ella”) baş verənlərlə bağlı açıqlama verib. O, barəsində yayılan məlumatların bir qisminin həqiqəti əks etdirmədiyini bildirərək, ağır psixoloji vəziyyətdə olduğunu deyib.

Bakıvaxtı.az xatırladır ki, sosial şəbəkələrdə “By Ella” adı ilə tanınan bloger Lalə Məmmədova hava limanında saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi başlanılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Lalə Məmmədova isə Bakıvaxtı.az-a verdiyi eksklüziv açıqlamasında ittihamlarla bağlı öz mövqeyini bildirib. Bloger yayılan məlumatların həqiqəti tam əks etdirmədiyini, həyatının bir anda alt-üst olduğunu deyib.

Mən ailəmlə sakit həyat sürürdüm. Mənim dünyamı məhv etdiniz. Mənim haqqımda bu qədər yalan danışılmasını qəbul edə bilmirəm”, - Lalə Məmmədova bildirib.

O, açıqlamasında hadisədən sonra psixoloji cəhətdən ağır vəziyyətə düşdüyünü və hətta intihara cəhd etdiyini söyləyib.

Mənim həyatımı, ailəmi, adımı bir gündə məhv etdiniz. Mən bunların heç birini haqq etməmişəm”, - deyə bloger vurğulayıb.

Qeyd edək ki, yayılan rəsmi məlumatlara əsasən, Lalə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 206.2-ci maddəsi - qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi ilə bağlı ittiham irəli sürülüb. 

Xatırladaq ki, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026