İyun ayından etibarən Fransanı bürüyən güclü istilik dalğaları ölkədə 7 307 nəfərin əlavə ölümünə səbəb olub.
Bakıvaxtı.az “Le Monde”a istinadən xəbər verir ki, bu barədə Fransanın İctimai Səhiyyə Təşkilatı (Santé Publique France) məlumat yayıb.
Məlumata görə, iyunun 17-dən 30-dək ölkədə 5 764 əlavə ölüm halı qeydə alınıb. İyulun 2-dən 22-dək isə bu göstəriciyə daha 1 243 ölüm əlavə olunub. Bundan əvvəl, mayın sonlarında müşahidə olunan yüksək temperatur dövründə də 300 əlavə ölüm halı qeydə alınıb.
Beləliklə, may ayının sonundan etibarən istilik dalğaları ilə üst-üstə düşən dövrlərdə Fransada ümumilikdə 7 307 əlavə ölüm qeydə alınıb.
Qeyd edək ki, bu rəqəmlər bütün ölüm səbəbləri üzrə qeydə alınan artıq ölüm hallarını əhatə edir və onların hamısının birbaşa istilik səbəbindən baş verdiyi hələ qəti şəkildə təsdiqlənməyib. Yekun qiymətləndirmənin daha sonra açıqlanacağı bildirilir.
Bakı 



