• Bakı 28° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

"Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq"

DÜNYA

20 Avqust 2026 | 11:52

Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, çoxsaylı boru kəmərlərinin tikintisi və alternativ neft tədarükü marşrutlarının inkişafı səbəbindən gələcəkdə Hörmüz boğazı az əhəmiyyətli olacaq.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Neftin qiymətindən danışan Amerika lideri qeyd edib ki, ABŞ-nin İrana qarşı müharibəsinə baxmayaraq, neftin qiyməti indi bir barel üçün 84-85 dollardır. Onun sözlərinə görə, bunun səbəblərindən biri də Hörmüz boğazından böyük həcmdə neftin keçməsidir.

"Ancaq bundan əlavə, insanlar düşünmədikləri alternativ variantları tapdılar - Texas, Alyaska, Luiziana və digər enerji hasilatı yerlərində. Bununla yanaşı, çoxlu sayda boru kəmərləri tikilir. Söhbət rekord saydan gedir. Buna görə düşünürəm ki, Hörmüz boğazı əvvəlki kimi vacib olmayacaq", - Tramp deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026