• Bakı 30° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Azərbaycanda avtoqəzalarda 285 nəfər ölüb

HADİSƏ

20 Avqust 2026 | 10:07

Azərbaycanda avtoqəzalarda 285 nəfər ölüb

Bu ilin 6 ayı ərzində Azərbaycanın avtomobil yolllarında 533 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 6 ayı ərzində baş verən yol qəzaları 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az olub, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 15,1 faiz azalaraq 689 nəfər olub.

Onlardan 285 nəfər ölüb, 404 nəfər isə yaralanıb.

Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7 faiz azalaraq 379 nəfər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026