• Bakı 29° C

    11.08 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolun sonu uçurumdur - VİDEO

CƏMİYYƏT

20 Avqust 2026 | 08:53

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolun sonu uçurumdur - VİDEO

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rasim Məmmədov küçəsi, 8-ci döngədə yolun sonunda uçurum var. Ərazidə isə sürücüləri təhlükə barədə xəbərdar edən hər hansı nişan quraşdırılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, sakinlər xüsusilə gecə saatlarında yolu tanımayan sürücülər üçün bu vəziyyətin ciddi təhlükə yarada biləcəyini bildirilər.

Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, ərazidə təhlükə uzun müddətdir hökm sürür. Onlar deyirlər ki, sakinlərdən biri tərəfindən 2 gün öncə küçənin sonundakı yerə təhlükəsizlik üçün torpaq da tökülüb.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ diqqətə götürülüb. Yaxın müddət ərzində aidiyyəti qurum tərəfindən xəbərdaredici nişanın və təhlükəsizlik baryerinin quraşdırılması təmin edilərək məsələ öz həllini tapacaq.

Mövzu ilə bağlı xezerxeber.az-ın videomaterialını təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026