• Bakı 30° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Ermənistan hökumətində İSTEFA DALĞASI gözlənilir

DÜNYA

20 Avqust 2026 | 10:53

Ermənistan hökumətində İSTEFA DALĞASI gözlənilir

Ermənistan hökuməti Diaspora İşləri üzrə komissar Zare Sinanyan və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Tsovinar Tadevosyanın mümkün istefalarını müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, Diaspora İşləri üzrə komissar vəzifəsinə ən real namizəd təhsil, elm, mədəniyyət və idman nazirinin keçmiş müavini Daniel Danielyandır. Sinanyanın mümkün istefası ilə bağlı mövqeyi isə açıqlanmayıb.

Nəşr Tadevosyanın məsələsi ilə bağlı isə bildirir ki, onun dostu olduğu qeyd edilən ədliyyə naziri Srbuhi Qalyan Penitensiar Xidmət rəhbərinin vəzifəsində qalmasına çalışır.

Məlumata görə, Tadevosyanın vəzifədən azad edilməsinin təxirə salınmasını Baş nazir Nikol Paşinyandan məhz Qalyan xahiş edib.

Qəzet yazır ki, ədliyyə naziri Penitensiar Xidmət rəhbərinə daha bir şans verməyi və hökumət daxilində müzakirələr aparılmasını təklif edib. Məqsəd Tadevosyanın fəaliyyətinin effektivliyini sübut etməsinə imkan yaratmaq olub. Paşinyanın bu təklifi qəbul etdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan mediasında daxili işlər nazirinin müavini, Xilasetmə Xidmətinin rəisi Aram Qazaryanın Penitensiar Xidmətə rəhbər təyin oluna biləcəyi barədə məlumatlar yayılıb.

Günəş Mərd 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026