• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Niva" dərəyə aşdı:ölənlər var -YENİLƏNİB

HADİSƏ

20 Avqust 2026 | 08:46 | Müəllif: Günəş Mərd

"Niva" dərəyə aşdı: ölənlər var -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2121” Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

00:46

Şamaxıda ölümlə  nəticələnən  yol-nəqliyyat hadisəsi  baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Çuxuryurd kəndi ərazisində baş verib. Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq çökəkliyə düşüb və ağaca çırpılıb.

Nəticədə sürücü, 75 yaşlı Mətləb Aslanov və sərnişini, 70 yaşlı Şövkət Aslanova aldıqları xəsarət lərdən hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Muradİsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026