• Bakı 29° C

    11.08 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

17 il axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dən ƏMƏLİYYAT

SİYASƏT

20 Avqust 2026 | 09:28

17 il axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dən ƏMƏLİYYAT

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

Bu barədə Bakıvaxtı.az-a DTX-dən məlumat verilib.

    Bildirilib ki, Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.

    Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Avqust 2026