• Bakı 30° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

İşdən qanunsuz çıxarılmış 63 nəfərlə bağlı QƏRAR VERİLDİ

CƏMİYYƏT

20 Avqust 2026 | 11:07

İşdən qanunsuz çıxarılmış 63 nəfərlə bağlı QƏRAR VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 456049 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

    Verilən məlumata görə, bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

    Qeyd olunub ki, müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 63 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib:

    "Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Avqust 2026