• Bakı 29° C

    11.08 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Tramp: İrana iqtisadi dəstək verən ölkələr dəhşətli nəticələrlə üzləşəcək

DÜNYA

20 Avqust 2026 | 09:12

Tramp: İrana iqtisadi dəstək verən ölkələr dəhşətli nəticələrlə üzləşəcək

“İrana hər hansı bir xilasetmə xətti təqdim etməyə icazə verən istənilən ölkənin özü dəhşətli iqtisadi nəticələrlə üzləşəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp qeyd edib ki, xəbərdarlıq maliyyə qurumlarına, hava limanlarına və dövlət qurumlarına da aiddir. O, bu tələblərə əməl etməyənlərə qarşı “ən sarsıdıcı iqtisadi əməliyyat”ın elan ediləcəyini vurğulayıb.

“İranın neft qaçaqmalçılığına, valyuta mübadiləsinə və nağd pul köçürmələrinə son qoyulmasını tələb edirəm”, – deyə ABŞ prezidenti bildirib.

Tramp konkret olaraq hər hansı ölkənin adını çəkməyib və nəzərdə tutulan tədbirlər və ya sanksiyalarla bağlı əlavə detallar açıqlamayıb.

Qeyd edək ki, ötən həftə ABŞ-nin maliyyə naziri Skott Bessent də İrana qarşı görünməmiş iqtisadi təcrid tədbirlərinin hazırlanacağını açıqlamışdı.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026