• Bakı 15° C

    1.74 m/s

Suriya İsraillə danışıqları bərpa etməyə hazırdır

CƏMİYYƏT

20 Avqust 2026 | 11:30 | Müəllif: Əli Hüseynov

Suriya İsraillə danışıqları bərpa etməyə hazırdır

Suriya İsraillə danışıqları bərpa etməyə hazırdır.

Bakıvaxtı.az “Al Arabiyya”ya istinadla xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani deyib.

    Onun sözlərinə görə, bundan əvvəl Suriya İsraillə təhlükəsizlik razılaşması əldə etmək üçün çalışıb, lakin İsrail danışıqlar prosesində öhdəliklərinə əməl etməyib.

    “Biz hələ də İsraillə eskalasiyanın azaldılması məqsədilə danışıqlara hazırıq. Bunun üçün İsrail real siyasi iradə nümayiş etdirməlidir”, - Şeybani bildirib.

    O, İsrailin hücumlarının Türkiyənin Suriyadakı mövcudluğu ilə izah edilməsini rədd edib və bu cür iddiaların faktlarla təsdiqlənmədiyini vurğulayıb.

    Əl-Şeybani Suriyanın öz hərbi potensialını artırmaq haqqına sahib olduğunu qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Oktyabr 2026
    24 Oktyabr 2026