• Bakı 27° C

    12 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Kanselu ilə bağlı QƏRAR

İDMAN

20 Avqust 2026 | 18:00

Kanselu ilə bağlı QƏRAR

İspaniyanın "Barselona" klubu azad agent statusunda olan Portuqaliya millisinin futbolçusu Juan Kanselu ilə müqavilə imzalayıb.

Bakıvaxtı.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

32 yaşlı oyunçu komandaya azad agent kimi qoşulub.

Kanselu daha əvvəl kataloniyalıların heyətində icarə əsasında çıxış edib. O, 2023/2024 mövsümündə "Mançester Siti"dən (İngiltərə) "Barselona"ya keçərək 42 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.

Daha sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna yollanan futbolçu 2026-cı ilin yanvarında yenidən icarə əsasında İspaniya təmsilçisinə qayıdıb və keçirdiyi 23 qarşılaşmada 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyerası ərzində"Mançester Siti" ilə yanaşı, Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", İtaliyanın "İnter" və "Yuventus" klublarında da çıxış edən müdafiəçi "Bavariya"da (Almaniya) da icarədə olub.

Qeyd edək ki, 2016-cı ildən Portuqaliya millisinin formasını geyinən J.Kanselu 73 matçda çıxış edib. O, 2018/2019 mövsümündə Millətlər Liqasının qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR