• Bakı 29° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Simiç rekordmen oldu

İDMAN

20 Avqust 2026 | 12:41

Simiç rekordmen oldu

“Sabah”ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında ardıcıl 5-ci oyunda qol vurmaqla rekorda imza atıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, pley-off mərhələsinin “Hapoel” (Beer Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.

Serbiyalı yarımmüdafiəçi bunadək II təsnifat mərhələsinin KuPS (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin “Orhus” (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.

Simiç bununla da Azərbaycan futbolu tarixinə klubların heyətində UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord “Qarabağ”ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Olavio Juninyo 2024/2025 mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirib. Cica I və II təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo II və III təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurub.

Qeyd edək ki, Velko Simiç rekord seriyanı növbəti qarşılaşmalarda uzada da bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026