• Bakı 29° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Yağış, sel, leysan... - Sabahın HAVASI

CƏMİYYƏT

20 Avqust 2026 | 12:39

Yağış, sel, leysan... - Sabahın HAVASI

Avqustun 21-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026