• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Dəmiryol biletləri ilə bağlı VACİB QƏRAR

CƏMİYYƏT

20 Avqust 2026 | 16:36 | Müəllif: Əli Hüseynov

Dəmiryol biletləri ilə bağlı VACİB QƏRAR

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Qeyd olunur ki, regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, habelə turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi vasitəsilə regionlara turist axınının stimullaşdırılması nəzərdə tutulur.

Regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının (keyfiyyətli avtomobil, avtobus və dəmiryol əlaqəsi) artırılması, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi, dəmiryol bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik, aylıq dəmiryol bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması, həmçinin regionlarda turizm informasiya xidmətinin genişləndirilməsi görüləcək tədbirlər arasında yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026