• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsmayıllıda qəzada yaralananların DURUMU

CƏMİYYƏT

20 Avqust 2026 | 16:00 | Müəllif: Əli Hüseynov

İsmayıllıda qəzada yaralananların DURUMU

Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan 7 nəfər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü kişi, 3-ü qadındır. Onlardan 6-nın vəziyyəti xəstəxanaya daxil olarkən ağır qiymətləndirilib.

Pasiyentlərə zəruri tibbi yardım göstərilib. Kişi pasiyentlərdən biri valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 1966-cı il təvəllüdlü qadın saat 12:47-də vəfat edib.

Bundan əlavə, hadisə nəticəsində 2 iyul 2026-cı il təvəllüdlü oğlan uşağının həkiməqədər ölüm faktı qeydə alınıb.

Beləliklə, qəza nəticəsində ölənlərin sayı 2-yə çatıb.

Digər xəsarət alan şəxslərin müalicəsi davam etdirilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026