• Bakı 28° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

İndoneziyada zəlzələ qurbanlarının sayı artdı

DÜNYA

20 Avqust 2026 | 15:29

İndoneziyada zəlzələ qurbanlarının sayı artdı

İndoneziyada Şərqi Nusa-Tenqara əyalətində baş verən zəlzələ nəticəsində 80 000-dən çox insan evsiz qalıb, təxminən 29 000 evə ziyan dəyib. Ölənlərin sayı isə 72-yə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyindən məlumat verilib.

"72 nəfər həlak olub, 900 nəfər yaralanıb, 18 019 ailə zərər görüb, 82 691 nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, avqustun 15-də İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində Flores adası sahillərində 7.7 bal gücündə zəlzələ baş verib. İndoneziyanın maliyyə naziri Purbaya Yudxi Sadeva bəyan edib ki, ölkə hökuməti zəlzələdən zərər çəkmiş ərazilərin sakinlərinə yardım göstərilməsi üçün 44 milyard İndoneziya rupisi (2.47 milyon ABŞ dolları) ayırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026