• Bakı 29° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Prokuror həmin mayora 10 il həbs istəyib

HADİSƏ

20 Avqust 2026 | 14:07

Prokuror həmin mayora 10 il həbs istəyib

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Həsənov Rasim Əlövsət oğlunun barəsində cəza təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Rasim Həsənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan sorğulara cavab olaraq bildirilib ki, məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxışında Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Lakin Bakı Hərbi Məhkəməsinin 18 avqust 2026-cı il tarixli hökmü ilə Rasim Həsənovun əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilib.

Məhkəmənin hökmü ilə ona 7 000 manat məbləğində cərimə cəzası təyin olunub. Həsənovun həbsdə olduğu müddət nəzərə alınaraq cərimənin məbləği 5 000 manata endirilib.

Qeyd edilib ki, hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsinə baxılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026