• Bakı 27° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Turoperatorlar ölkəyə gətirdikləri əcnəbi turistlərə görə subsidiya alacaq

İQTİSADİYYAT

20 Avqust 2026 | 18:39

Turoperatorlar ölkəyə gətirdikləri əcnəbi turistlərə görə subsidiya alacaq

Azərbaycanda turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya verilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bundan başqa, Proqramda hava nəqliyyatı ilə qeyrimüntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiyası, hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili, turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert, əyləncəli proqramların təşkilinə görə tədbir təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiyası ilə bağlı subsidiya mexanizmlərinin yaradılması, yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara və turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin verilməsi yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR