• Bakı 27° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Orqanizminizdə iltihab varsa, qəhvə için

DÜNYA

20 Avqust 2026 | 19:51

Orqanizminizdə iltihab varsa, qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Bakıvaxtı.az xəbər verir ki, alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvənin tərkibindəki bəzi birləşmələr orqanizmin stress reaksiyasında rol oynayan “NR4A1” reseptoru ilə qarşılıqlı əlaqəyə girə bilər.

Bu reseptorun fəaliyyətindəki dəyişikliklər isə iltihabla əlaqəli gen və zülalların işinə təsir göstərir. Tədqiqatçılar hesab edirlər ki, məhz bu mexanizm qəhvənin orqanizmdə iltihabi proseslərin azalmasına müəyyən qədər təsir göstərməsini izah edə bilər.

Qeyd edək ki, araşdırma qəhvənin iltihabı mütləq şəkildə azaltdığını deyil, onun bu prosesə təsir göstərə biləcəyini göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR