• Bakı 26° C

    11.38 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Zimbabvedə bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

DÜNYA

20 Avqust 2026 | 21:47

Zimbabvedə bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Şimali Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97-yə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Hökumət nümayəndəsi Monika Mutsvanqvanın daha əvvəl bildirdiyinə görə, 90 nəfər üçün nəzərdə tutulan bərə avqustun 11-də Zambezi çayı üzərindəki Kariba su anbarında təxminən 180 nəfəri daşıyıb.

Daha əvvəl 93 nəfərin öldüyü, 77 nəfərin isə xilas edildiyi bildirilmişdi. Bir neçə nəfər itkin düşüb.

Kariba su anbarında axtarış-xilasetmə işləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR