• Bakı 26° C

    11.38 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

 PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb

DÜNYA

20 Avqust 2026 | 22:04

 PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb

Bir neçə gün öncə Ukraynanın Xarkov şəhərinə endirilən dron zərbələri zamanı Ukraynanın Xalq rəssamı, Xarkov şəhərinin “Fəxri vətəndaşı”, soydaşımız Katib Məmmədovun emalatxanasına ciddi ziyan dəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərtac-a Katib Məmmədovun özü məlumat verib.

Heykəltaraşın sözlərinə görə, dron zərbəsindən sonra təxminən 200 kvadratmetr ərazini əhatə edən yanğın baş verib. Hücum nəticəsində binanın damı, çardağı və orada saxlanılan əsərlər zədələnib. Emalatxanada sənətkarın 40 illik yaradıcılıq fəaliyyəti ərzində klassik, avanqard və minimalizm üslublarında yaratdığı yüzlərlə əsər yer alırdı.

Katib Məmmədov baş verən hadisə nəticəsində emalatxanaya təxminən 100 min dollar həcmində maddi ziyan dəydiyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR