Avropa İttifaqı ölkələrinin ailələri 2026-cı ilin martından iyununadək İran ətrafındakı münaqişə səbəbindən enerji və avtomobil yanacağına əlavə olaraq təxminən 18,9 milyard avro xərcləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İzvestiya” "Eurostat" və Avropa Komissiyasının məlumatlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, əlavə xərclərin ən çox artdığı ölkə Fransa olub – 4,3 milyard avro. Almaniyada bu göstərici 3,6 milyard avro, İtaliyada isə 3,36 milyard avro təşkil edib.
Hesablama əvvəlki istehlak həcmlərinin qorunub saxlanılması şərti ilə aparılıb. Bizneslərin xərcləri, eləcə də mal və xidmətlərin qiymətlərində dolayı artım nəzərə alınmayıb.
Nəşrin qiymətləndirməsinə görə, münaqişə davam edərsə, ilin sonuna qədər Avropa ailələrinin istehlak səbətinə çəkəcəyi əlavə xərclər 88,8 milyard avroya çata bilər.
Bakı 



