• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Aİ Mərakeşə maliyyə dəstəyini artıracaq

DÜNYA

20 Avqust 2026 | 20:54 | Müəllif: Gülşən Şərif

Aİ Mərakeşə maliyyə dəstəyini artıracaq

Avropa İttifaqı (Aİ) iyulun sonlarında İspaniyanın Seuta şəhərindəki böhrandan sonra sərhəd nəzarətini gücləndirmək və qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün Mərakeşə maliyyə dəstəyini artıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi şəxsləri bildiriblər.

Qeyd olunub ki, iyulun sonlarında Mərakeşdən 72 min nəfərin İspaniyanın Seuta anklavına qanunsuz daxil olması Aİ-nin Rabatla bu ilin yanvarında ləngimiş strateji və hərtərəfli tərəfdaşlıq sazişi üzrə işlərini sürətləndirib. Bu gecikməyə Qərbi Saxara ilə bağlı mübahisə səbəb olmuşdu.

"Biz artıq Aİ ilə daha strukturlaşdırılmış və gələcəyə yönəlmiş tərəfdaşlıq üzrə Mərakeş hakimiyyəti ilə işləyirik. Sərhədlərin idarə olunmasını və erkən xəbərdarlıq sistemini gücləndirə, həmçinin Mərakeşə texniki və maliyyə dəstəyimizi artıra bilərik", - Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İspaniyanın Baş naziri Pedro Sançesə ünvanladığı məktubunda bildirilib.

Həmin məktubda fon der Lyayen bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün yoxlamaları sərtləşdirməyə və fiziki maneələr quraşdırmağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026