• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koroğludan Bakı Ekspo Mərkəzinə ÖDƏNİŞSİZ avtobuslar işləyəcək

CƏMİYYƏT

19 Oktyabr 2026 | 11:10 | Müəllif: Günəş Mərd

Koroğludan Bakı Ekspo Mərkəzinə ÖDƏNİŞSİZ avtobuslar işləyəcək

XII Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət etmək istəyənlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakı Ekspo Mərkəzinə avtobus xidməti təşkil ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunan mətbuat konfransında bildirilib.

Tıxac və yol sıxlığı nəzərə alınaraq, bu il avtobusların əvvəlki illə müqayisədə daha çox məntəqədən hərəkətinin təşkili mümkün olmayıb. Bu səbəbdən nəqliyyat xidməti yalnız Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən təmin ediləcək.

Qeyd edək ki, xüsusi avtobuslar oktyabrın 21-dən 27-dək metronun "Koroğlu" stansiyasından Bakı Ekspo Mərkəzinə hərəkət edəcək. Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır. Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir. Xatırladaq ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" mövzusuna həsr olunub.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR