• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə edib

DÜNYA

18 Oktyabr 2026 | 17:40 | Müəllif: Əli Hüseynov

Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə edib

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi etirazlara münasibət bildirərək ölkə hakimiyyətini sərhədləri bağlamağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində paylaşım edib.

    ABŞ Prezidenti Fransada yaranmış vəziyyəti miqrasiya siyasəti ilə əlaqələndirib.

    “Fransa yanır! Tamamilə fərqli dünyadan gələn, qəlbləri nifrətlə dolu insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni darmadağın edib. Çox gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün!”, – Tramp bildirib.

    Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.

    Aksiya təşkilatçılarının məlumatına görə, etirazlarda 800 min, Fransa Daxili İşlər Nazirliyinin hesablamalarına əsasən isə 550 min nəfər iştirak edib.

    Bir sıra şəhərlərdə nümayişlər iğtişaşlara və polislə qarşıdurmalara çevrilib. Ölkə üzrə 1800 nəfərin saxlanıldığı bildirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026