Almaniya bu yay müşahidə olunan və rekord səviyyəyə çatan istilik dalğası nəticəsində baş verən ölüm hallarının sayını müəyyən edib.
Bakıvaxtı.az xəbər verir ki, yeni məlumatları ölkənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Robert Kox İnstitutu yayıb.
İnstitutun statistik modelinə əsasən, Almaniyada həddindən artıq istilərlə əlaqəli ölüm hallarının sayı avqustun 20-dək 14 000-ə çatıb. İsti hava şəraiti ən çox 85 yaş və ondan yuxarı olan qadınların həyatına son qoyub.
Belə ki, institut istiliklə bağlı ölüm halları barədə həftəlik məlumatlar dərc edir. Rəsmi hesabatlarda hava şəraiti nadir hallarda ölüm səbəbi kimi göstərilir, əksər hallarda istilik, mövcud xroniki xəstəlikləri olan şəxslər üçün vəziyyəti ağırlaşdıran amil kimi qiymətləndirilir.
Bakı 



