• Bakı 26° C

    11.38 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Husilər Səudiyyə Ərəbistanındakı obyektlərə dronlarla hücum ediblər

DÜNYA

20 Avqust 2026 | 20:37

Husilər Səudiyyə Ərəbistanındakı obyektlərə dronlarla hücum ediblər

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Səudiyyə Ərəbistanının Nəcran şəhərindəki iki obyektə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Bildirilib ki, hücumlar hava limanına və "Saudi Aramco" neft şirkətinə məxsus obyektə həyata keçirilib. Husilər dağıntıların miqyasını açıqlamasalar da, hər iki zərbənin öz hədəfinə çatdığını bəyan ediblər.

Səudiyyə Ərəbistanı tərəfi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, iyulun 20-də husilər Səna hava limanına endirilən zərbələrə cavab olaraq Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etmişdilər. "Ənsar Allah" hücumlara görə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini və Səudiyyə Ərəbistanını günahlandırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR