“Google” şirkəti təsdiqlənməmiş tərtibatçıların tətbiqlərinin “Android” cihazlarına quraşdırılmasını çətinləşdirən yeni qaydaları tətbiq etməyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Android Authority” portalı məlumat yayıb.
Yeni qaydalara əsasən, istifadəçi təsdiqlənməmiş tərtibatçıya məxsus tətbiqi quraşdırmaq üçün əlavə təsdiq verməli, cihazı yenidən başlatmalı və tətbiqdən istifadə etməzdən əvvəl 24 saat gözləməlidir.
“Google” bu tədbirlə istifadəçilərin saxta və zərərli tətbiqləri cihazlarına quraşdırmasının qarşısını almağı hədəfləyir.
Qeyd edək ki, yeni prosedur yalnız yeni tətbiqlərin quraşdırılmasına deyil, təsdiqlənməmiş tərtibatçılardan daha əvvəl yüklənmiş tətbiqlərin yenilənməsinə də şamil ediləcək.
Bakı 



