UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.
***
22:00
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.
Cütün qalibi iki oyunun nəticəsinə əsasən UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, “Qarabağ” və “Tvente” arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.
Bakı 



