• Bakı 27° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Dərslər sentyabrın 1-də BAŞLAYACAQ? - AÇIQLAMA  

CƏMİYYƏT

21 Avqust 2026 | 11:26

Dərslər sentyabrın 1-də BAŞLAYACAQ? - AÇIQLAMA

Azərbaycanda yeni tədris ilinin başlanmasına bir aydan az vaxt qalıb. Ölkədə dərs ili hazırda 15 sentyabrda başlayır və 14 iyunda başa çatır.

Halbuki əvvəllər 1 sentyabrdan etibarən dərslər başlayırdı və 25 may tarixində yekunlaşırdı. Lakin iyunun ilk yarısında havaların istiləşməsi məktəblərdə tədrisin keyfiyyəti ilə bağlı suallar yaradır. Xüsusi ilə bir çox məktəbdə sinif otaqlarının kondisionerlərlə təchiz olunmaması, həm müəllimlərin, həm də şagirdlərin tədris hərəkətini çətinləşdirir. Nə müəllimdə dərs keçmək, nə də şagirddə dərsə getmək həvəsi qalır. Qısası, müəllimlər 30 maydan 14 iyuna qədər işlərinin başında olsalar da, məktəblərdə şagird tapmaq müşkül məsələyə çevrilir.  Çünki əksər məktəbdə 30 may tarixinə qədər kitablar yığılır və elə həmin gündən heç bir şagird məktəbə üz tutmur. Bu mənada hər il dərslərin 1 sentyabr tarixindəı başlayıb 25 mayda baş çatmasına dair müzakirələr aparılır. 

Bəs, görəsən, hansı sistem daha effektivdir?

Bakıvaxtı.az-ın sualını cavablandıran sabiq təhsil naziri Misir Mərdanov qeyd edib ki, o, əvvəlki sistemi dəstəkləyir:

Misir Mərdanov: Təhsildə 15 gün məsələsi ciddi məsələdir

Onun sözlərinə görə, eyni zamanda elə ölkələr var ki, orada mənzərə fərqlidir, məsələn, qardaş Türkiyədə bu, hökumətin qərarından asılı olan məsələdir. Belə ki, müvafiq orqanlar bunun faydaları və ziyanlarını araşdırıb, hökumətə təkliflər versələr, hökumət qərar qəbul edə bilər ki, dərsləri sentyabrın 1-də başlayaq:

"Bu, nə sizin, nə də mənim arzumla baş tutan məsələdir. Gərək hökumət buna qərar versin. Təhsildə 15 gün məsələsi ciddi məsələdir”.

M.Mərdanov onu da əlavə edib ki, tədrisin effekti ilə bağlı aidiyyəti dövlət qurumları və çoxsaylı təhsil eskpertləri bir araya gəlib, əsaslı təklif hazırlamalıdırlar.

"O təklifi hazırlayıb hökumətə təqdim etsinlər, yəqin hökumət də analiz edib, müvafiq qərar qəbul edər”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026