• Bakı 27° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

"AccessBank"-ın vəzifəli şəxsi cərimələndi

İQTİSADİYYAT

21 Avqust 2026 | 11:02

"AccessBank"-ın vəzifəli şəxsi cərimələndi

"AccessBank" QSC-nin vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankının (AMB) “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərini pozduğu üçün cərimə ödəməli olacaq. 

Bakıvaxtı.az YurdMedia-ya istinadən xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Məlumata görə, vəzifəli şəxs “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən 1 500 manat cərimə edilib.

Qeyd edək ki, “AccessBank” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Müşahidə şurasının sədri İvaniyçuk Oleq Fedoroviçdir, İdarə Heyətinin sədri David Tsiklauridir. Bankın nizamnamə kapitalı 121,7 milyon manat təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Avqust 2026