Respublika üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.




