• Bakı 30° C

    10.51 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Şəmkirdə QƏZA: Ölənlərin sayı ARTDI

HADİSƏ

21 Avqust 2026 | 10:49

Şəmkirdə QƏZA: Ölənlərin sayı ARTDI

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Bakıvaxtı.az-ın xəbərinə görə, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qəza zamanı xəsarət alan 2021-ci il təvəllüdlü Q. Aslanovun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, hadisə avqustun 17-də Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “KİA” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Avqust 2026